Rusiyadakı aksiyalarda tutulanlara hərbi çağırış vərəqələri verilib

Rusiyadakı aksiyalarda tutulanlara hərbi çağırış vərəqələri verilib

Hazırda oxunan: Rusiyadakı aksiyalarda tutulanlara hərbi çağırış vərəqələri verilib

95237

Sentyabrın 21-də Rusiyanın paytaxtı Moskvada qismən səfərbərliyə qarşı keçirilən etiraz aksiyasında saxlanılanlara polis bölmələrində hərbi komissarlığa çağırışla bağlı vərəqə verilib.

Bizim.Media “Radio Svaboda”ya istinad xəbər verir ki, aksiyada iştirak etdiyinə görə saxlanılan Yabloko Partiyasının üzvü Kirill Qonçarov Moskvanın Mojask rayon polis bölməsi tərəfindən ona verilən çağırış vərəqinin surətini yayıb.

Saxlanılanlardan birinin xanımı da həyat yoldaşına çağırış vərəqini hərbi komissarın şəxsən təqdim etdiyini bildirib.

Rusiyanın Voronej şəhərində də səfərbərliyə etiraz olaraq keçirilən aksiyasında saxlanılan bir neçə nəfərə sentyabrın 23-də yerli hərbi komissarlığa gəlmələri barədə çağırış vərəqi verilib.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO