İranda sentyabrın 21-i gecə davam edən etirazlarda hökumət qüvvələri vətəndaşlara birbaşa atəş açıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, insan haqları təşkilatlarının məlumatına görə, İranda etiraz aksiyaları zamanı ən azı 10 nəfər polisin birbaşa açdığı atəş nəticəsində qətlə yetirilib.
Sentyabrın 22-də güllələnərək öldürülən daha iki nəfərin kimliyini dəqiqləşdirmək mümkün olub. Kermanşahda Minu Məcidi adlı orta yaşlı qadın xüsusi təyinatlıların atəşi nəticəsində həyatını itirib və onun cənazəsi ailəsinə təhvil verilməyib.
Ötən gecə Qərbi Azərbaycan əyalətinin Üçnova (Üşnəviyə) şəhərində xüsusi təyinatlıların əhaliyə açdığı atəş nəticəsində 27 yaşlı Sədrəddin Litani həlak olub.
Onunla birgə çox sayda insanın güllə yarası aldığı, onlardan üçünün durumunun ağır olduğu qeyd olunur. İran rəsmiləri dünən 7 etirazçının öldürüldüyünü təsdiq edib, onların ölümünün şübhəli şəraitdə baş verdiyini iddia ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
11:44 / 22.09.2022
İranda qanlı qarşıdurma - 10 nəfər öldürülüb
Hazırda oxunan: İranda qanlı qarşıdurma - 10 nəfər öldürülüb
Hazırda oxunan: İranda qanlı qarşıdurma - 10 nəfər öldürülüb
95187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.