Aktrisa Təhminədən İrandakı etirazlara REAKSİYA – FOTO

Aktrisa Təhminədən İrandakı etirazlara REAKSİYA – FOTO

Hazırda oxunan: Aktrisa Təhminədən İrandakı etirazlara REAKSİYA – FOTO

95000

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Qəzvin şəhər əhalisi Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın öldürülməsinə etirazlar səngimək bilmir. Bir çox məşhurlar qandonduran hadisəyə münasibət bildiriblər.   

Bizim.Media xəbər verir ki, Azərbaycan əsilli aktrisa Təhminə Rafaella da sosial şəbəkə hesabında olayla bağlı post paylaşıb. 

“İranlı dostumun dediyi kimi, “Qərb korlanıb, oyanmış siyasətindən şikayətlənəndə nə qədər yaxşı olduqlarını bilmirlər”. İran xalqının dözümlü ruhundan heyrətlənir, ilhamlanır və daim heyran qalır. İran azərbaycanlılar, farslar, ermənilər, kürdlər və digər etniklərin vətənidir”, - deyə Təhminə fikirlərini ifadə edib.   

Qeyd edək ki, Məhsa Əmini bir neçə gün öncə ölkənin “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO