Azərbaycan ekstradisiyanın müddəalarını Ermənistana tətbiq etməyəcək

Azərbaycan ekstradisiyanın müddəalarını Ermənistana tətbiq etməyəcək

Hazırda oxunan: Azərbaycan ekstradisiyanın müddəalarını Ermənistana tətbiq etməyəcək

94967

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsində ""Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsinə əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb.

Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni reвaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur.
Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur.

Trend.az-ın məlumatına görə, Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO