Aşıq Namiq Fərhadoğlu Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi Mədinədə Məhəmməd Peyğəmbərin qəbrinin ziyarət edib.
Daha sonra Namiq sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə Məhəmməd Pergəmbər”in dəfn olunduğu məsciddə aşıq sübh namazı qıldığını bildirib.
“Allahıma şükürlər olsun ki, mənə də nəsib elədi bu gözəl yerləri görmək. Allah bütün müsəlman bacı-qardaşlarımızı qorusun. Allah yolundan azanları isə düzgün yola qaytarsın. Allah bütün xəstələrimizə şəfa versin. Allah əsgərlərimizi və qazilərimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, müharibələr olmasın”, - deyə N.Fərhadoğlu paylaşımda qeyd edib.
Rəşad Əliyev, Bizim.Media
