Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisədir.
Bizim.Media “infoabad.com” saytına istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Berdiməhəmmədov Azərbaycanla münasibətləri yüksək qiymətləndirdi
Türkmənistan Prezidenti «Dostluq» yatağının perspektivlərindən danışdı
O deyib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir.
Berdiməhəmmədovun sözlərinə görə, sənəd Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Bizim.Media