Şamaxıda vulkan püskürdü, evlər zədələndi - YENİLƏNİB

Şamaxıda vulkan püskürdü, evlər zədələndi - YENİLƏNİB

Hazırda oxunan: Şamaxıda vulkan püskürdü, evlər zədələndi - YENİLƏNİB

9487

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

Bizim.Media xəbər verir ki, vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib.

Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ətrafdan kəskin qaz qoxusu gəlir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Kənd sakinlərinin sözlərinə görə bu vulkan həmin ərazidə ilk dəfədir ki, püskürüb.

Bundan 2 kilometr aralıda isə 3 il əvvəl püskürən başqa bir vulkan ocağı var. İlk dəfə püskürən bu vulkan kənd sakinlərinin əkin sahəsini yararsız hala salıb, silkələnmə nəticəsində 3 evin divarında çatlar əmələ gəlib. Vulkanın püskürdüyü ərazidə tektonik çatlar yaranıb. (APA)

***

Şamaxıda Quşçu vulkanı püskürüb.

Bu barədə Bizim.Media-ya AMEA Geologiya və Geofizika İnstitutundan bildirilib.

Hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar.

Qeyd edək ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO