3 yaşlı qızımın “Atam gələcək?” sualına cavab tapa bilmirəm - Şəhid Ravil Hümbətovun HƏYAT YOLU  

3 yaşlı qızımın “Atam gələcək?” sualına cavab tapa bilmirəm - Şəhid Ravil Hümbətovun HƏYAT YOLU  

Hazırda oxunan: 3 yaşlı qızımın “Atam gələcək?” sualına cavab tapa bilmirəm - Şəhid Ravil Hümbətovun HƏYAT YOLU  

94813

Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovdur. Əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil Hümbətov 1987-ci il oktyabrın 10-da dünyaya göz açıb. 

Ravil Hümbətov Mədəniyyət və İncəsənət Universitetini bitirsə də, meylini hərbi sahəyə yönəldib.

Bu ilin mayında könüllü olaraq Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub. 

“Ölümündən bir həftə əvvəl “mənimlə fəxr edəcəksən. Milli qəhrəman olacağam” dedi. Düşündüm bəlkə II Qarabağ savaşında döyüşdüyünə görə hansısa mükafat və ya medalla təltif olunacaq. Özündən də soruşdum. “Özün görəcəksən, soruşma” deyə söhbəti yayındırdı... Sən demə şəhid olacağını nəzərdə tuturmuş...  İndi şəhidin özündən sonra 3 yaşlı və 5 aylıq qız övladları qaldı...”

Bu sözləri ürəkyanğısı ilə Bizim.Media-ya şəhidin həyat yoldaşı Leyla Hümbətova deyib.

O, iki azyaşlı qızlarının hər gün atalarını axtarmalarına dözə bilmədiyini dilə gətirib:

“İkinci övladını cəmi 2 gün görə bildi. Xidmətdə olduğu dövrdə hər gün görüntülü danışırdıq. “Qızlarımı göstər” deyirdi. Onun yoxluğu çox ağırdır. İndi 3 yaşlı qızımın “Atam gələcək?” sualına cavab verə bilmirəm. Sonuncu dəfə onunla sentyabrın 12-si gecə danışdıq. Mənə “ola bilər ki, telefonuma zəng çatmasın. Sən amma narahat olma. Özüm sizi yığacağam. Elə bir yerə gedəcəyəm ki, orada set olmayacaq” dedi. Nəsə ürəyimə şübhə düşdü. Səhər 6-ya 27 dəq işləmiş “Watsapp”da olduğunu gördüm. Tez ona yazdım ki, xəbər alım. Mesajım ona çatmadı. Zəng etdim, əlaqə baş tutmadı. 3 saat sonra şəhid xəbərini aldım. Bəlkə də telefonunu əlinə alıb ki, bizə yazsın və nəsə desin. Amma yazmayıb... Məlumat var ki, saat 6-7 aralığında şəhid olub”.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Ravil Hümbətov II Qarabağ savaşında da Qubadlı, Füzuli və Cəbrayıl istiqamətlərində qəhrəmancasına vuruşub. 

Alçina Amilqızı, Bizim.Media 

































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO