Gəncədə tanışını bıçaqla qətlə yetirən şəxs TUTULDU

Gəncədə tanışını bıçaqla qətlə yetirən şəxs TUTULDU

Hazırda oxunan: Gəncədə tanışını bıçaqla qətlə yetirən şəxs TUTULDU

94795

Sentaybrın 20-i saat 06 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə şəhər  prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u saat 23 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO