İşğal edilən Xerson vilayəti Rusiyanın tərkibinə daxil ediləcək? -

İşğal edilən Xerson vilayəti Rusiyanın tərkibinə daxil ediləcək? - "Referendum" elan edildi

Hazırda oxunan: İşğal edilən Xerson vilayəti Rusiyanın tərkibinə daxil ediləcək? - "Referendum" elan edildi

94784

İşğal edilən Xerson vilayətinin qondarma "hakimiyyəti" Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün "referendum" elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı regionun rusiyapərəst administrasiyasının “rəhbəri” Vladimir Saldo yayıb.

Bir gün əvvəl oxşar mövzu ilə bağlı “LXR” və “DXR” adlanan qurumların “rəhbərləri” də çıxış ediblər.

Bundan əlavə, Xerson vilayətinin işğal olunmuş hissəsinin “administrasiya rəhbərinin müavini” Kirill Stremousov bildirib ki, yerli sakinlər “referendumun mümkün qədər tez keçirilməsini” istəyirlər.
Prezident Zelenskinin ofisi artıq bəyan edib ki, beynəlxalq hüquqa əsasən, həm Donbass, həm də Krım Ukrayna ərazisi hesab olunur və bu ərazilərin Rusiyaya daxil edilməsi cəhdləri “özünü aldatmaq”dır və heç nəyi dəyişməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO