Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında qondarma "LXR", "DXR" və işğal edilən digər ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumların keçirilməsinin zəruriliyi barədə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, bunu “sakinlərin sistemli müdafiəsi” və “tarixi ədalətin” bərpası ilə əsaslandırıb.
“Bu, Rusiyanın onilliklər boyu inkişaf vektorunu tamamilə dəyişəcək. Həm də təkcə bizim ölkənin deyil. Çünki o ərazilərin Rusiyaya daxil edilməsindən sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq.
Konstitusiyamıza edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri, heç bir məmur bu qərarları geri qaytara bilməyəcək.
Aydındır ki, bu referendumlardan Kiyev və Qərb çox qorxuya düşüb. Ona görə də bunları həyata keçirmək lazımdır”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:25 / 20.09.2022
Medvedev: “Donetsk, Luqansk və digər ərazilər təcili Rusiyaya birləşdirilməlidir”
Hazırda oxunan: Medvedev: “Donetsk, Luqansk və digər ərazilər təcili Rusiyaya birləşdirilməlidir”
Hazırda oxunan: Medvedev: “Donetsk, Luqansk və digər ərazilər təcili Rusiyaya birləşdirilməlidir”
94752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.