ABŞ dövlət katibi Entoni Blinken 22 yaşlı Məhsa Əmininin vəfatı ilə bağlı başsağlığı verib və İran hökumətini qadınlara qarşı sistemli təqibləri dayandırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb.
"Biz İran hökumətini qadınlara qarşı sistemli təqibləri dayandırmağa və dinc etirazlara icazə verməyə çağırırıq", - deyə o, qeyd edib.
"Hazırda Birləşmiş Ştatlar və İran xalqı ölən qızın yasını saxlayır", - dövlət katibi yekunlaşdırıb.
Bizim.Media
Mahsa Amini should be alive today. Instead, the United States and the Iranian people mourn her. We call on the Iranian government to end its systemic persecution of women and to allow peaceful protest. #مهسا_امینی
— Secretary Antony Blinken (@SecBlinken) September 20, 2022