Şəhərlərimizdəki heykəlləri quşlardan necə qorumaq olar? – Yeni ÜSUL

Şəhərlərimizdəki heykəlləri quşlardan necə qorumaq olar? – Yeni ÜSUL

Hazırda oxunan: Şəhərlərimizdəki heykəlləri quşlardan necə qorumaq olar? – Yeni ÜSUL

94610

Heykəllər memarlıq və şəhərsalmanın ayrılmaz bir hissəsi kimi çox uğurlu layihədir. Təsadüfi deyil ki, meqapolisə çevrilməkdə olan Bakını bəzən “heykəllər şəhəri” də adlandırırlar. 

Amma küçə və prospektlərdəki, park və xiyabanlardakı abidələrin üzərindəki çirkab bir qayda olaraq həm yuxarıda dediyimiz ehtirama xələl gətirir, həm də təəssüf doğurur.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən memar Cahid Həsənov heykəllərin üzərindəki quş ifrazatların ən birincisi şəhər memarlığının estetik tərtibatına mənfi təsir göstərdiyini bildirdi. 

“İkincisi, quşların ifrazatında olan kislota heykəllərin materiallarını da zədələyir. Bunun üçün heykəllərə daima diqqət olmalı, şəhərin əlaqədar qurumları tərəfindən təmizlik işləri aparılmalıdır.
Hazırda heykəllərin qorunması üçün xaricdə xüsusi mayelər hazırlanır. Bu mayeləri heykəllərin fasadına sürtdükdə quşlar ora qona bilmir. Nəticədə heykəllər çirklənmir.

Yaxşı olardı ki, şəhər təsərrüfatında çalışanlar bu məsələyə diqqət ayırsın və heykəllərin mühafizəsində həmin mayelərdən istifadə edilsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO