“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan çempionatında 100-cü matçını keçirib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın 7-ci turuna təsadüf edib.
O, “Zirə” ilə səfər oyununa start heyətdə çıxıb. Bəhlul 100 qarşılaşmada 4 qol vurub.
Müdafiəçi 4 klubun heyətində forma geyinib. 2016/17 mövsümündə “Sumqayıt”da debüt edən Mustafazadə bu klubda 20 (2 qol), “Qəbələ”də 23 (1 qol), “Sabah”da 35 (1 qol), “Qarabağ”da 22 dəfə meydana çıxıb.
Qeyd edək ki, “Zirə” - “Qarabağ” matçında Ağdam təmsilçisi 7:1 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:32 / 19.09.2022
“Qarabağ”da yubiley
Hazırda oxunan: “Qarabağ”da yubiley
Hazırda oxunan: “Qarabağ”da yubiley
94588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.