Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıtdıqdan sonra jurnalistlərə verdiyi açıqlamada ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətlərinin olduğunu qeyd edib.
Türkiyə lideri bildirib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 22-ci Zirvə görüşünə onu və Azərbaycan Prezidenti İlham Əliyevi ev sahibi olan Özbəkistan Prezidenti xüsusi olaraq dəvət edib.
Azərbaycan və Türkiyənin xarici siyasətdə müttəfiqlikdən doğan ortaq mövqelərinin olduğu məlumdur.
Bəs, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması gözlənilirmi? Bu, ölkəmizə hansı divindendləri qazandıra bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov Azərbaycanın bir çox beynəlxalq və regional təşkilatlara üzv olduğunu qeyd edib:
“Eyni zamanda ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də əməkdaşlığa malikdir. Nəzərə almalıyıq ki, ŞƏT-ə son dövrlərdə marağın artması müşahidə olunur. Xüsusən, regionda baş verən dəyişikliklər fonunda bəzi ölkələr təşkilata üzv olmağı hədəfləyirlər.
O cümlədən İran artıq üzvlük üçün müraciət edib, eyni zamanda Türkiyə bu cür niyyətlərinin olduğunu açıqlayıb. Təbii ki, Azərbaycan ŞƏT-ə üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə önəm verir.
Regionda düzən dəyişir və biz fərqli, aparıcı ölkələrdən bölgə ölkələrinə münasibətdə mütəmadi olaraq müxtəlif açıqlamaları müşahidə edirik. Lakin Azərbaycan Şanxay Əməkdaşlıq təşkilatına istər müşahidəçi, istərsə də tam üzv olmaqla bağlı hər hansı müraciət etməyib və bu yöndə rəsmi açıqlamalar da verilməyib. Buna baxmayaraq, bütövlükdə, regional təşkilatlarla əməkdaşlığımız davam edəcək.
Zənnimcə, Azərbaycanın sözügedən təşkilata üzv olub-olmaması məsələsi gələcək illərdə ölkəmizin xarici siyasət istiqamətlərindən asılı olaraq müəyyənləşə bilər. Lakin bütün hallarda Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə əməkdaşlığı genişləndirməyə davam edəcək”.
Qeyd edək ki, 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri siyahısında Hindistan, Qazaxıstan, Çin, Paksitan, Rusiya, Tacikistan, İran və Özbəkistan kimi ölkələr var. Əfqanıstan, Belarus və Monqolustan isə müşahidəçi dövlət statusundadırlar.
Təşkilata üzv ölkələrdə dünya əhalisinin 40%-i yaşayır. Eyni zamanda bu ölkələrin iqtisadiyyatları Dünya ÜDM-nin 30%-ni təşkil edir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:40 / 19.09.2022
Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə verə bilər?
Hazırda oxunan: Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə verə bilər?
Hazırda oxunan: Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə verə bilər?
94553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.