Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Hazırda oxunan: Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

94466

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qəbələ sakinləri - 1986-cı il təvəllüdlü Məmmədov Emin Eldar oğlu, 1994-cü il təvəllüdlü Nəsirli Pünhan İslam oğlu, Oğuz sakini, 2004-cü il təvəllüdlü Mirzəbəyov Şamil Qiyas oğlu xəsarət alıb.

Apa.az-ın məlumatına görə, yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO