Ərdoğan Nyu-Yorkda Mərkəzi Parkda gəzdi, sakinlərlə söhbət etdi - FOTO/VİDEO

Ərdoğan Nyu-Yorkda Mərkəzi Parkda gəzdi, sakinlərlə söhbət etdi - FOTO/VİDEO

Hazırda oxunan: Ərdoğan Nyu-Yorkda Mərkəzi Parkda gəzdi, sakinlərlə söhbət etdi - FOTO/VİDEO

94442

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərində Mərkəzi Parkda gəzintidən sonra restoranda əyləşib. Yanına gələn velosipedçi “Dünyanın ən yaxşı prezidenti” deyərək onunla selfi çəkdirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “ensonhaber.com” saytında yer alıb.

Mənbə xatırladır ki, Ərdoğanın diplomatik təmasları davam edir. Özbəkistana səfər edən prezidentin yeni dayanacağı ABŞ olub.

Ötən gecə Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq üçün Şanxay Zirvə toplantısından sonra Ərdoğan həyat yoldaşı və onu müşayiət edən nümayəndə heyətinin müşayiəti ilə saat 20.10-da ABŞ-a gəlib.

Səfər çərçivəsində Nyu Yorkdakı Türk Evinə gələn prezident Ərdoğan Türkiyə vətəndaşları tərəfindən maraqla qarşılanıb.

Daha sonra Ərdoğan səhər saatlarında şəhərin Mərkəzi Parkına gəlib və burada gəzib və şəhər sakinləri ilə söhbət edib.

Bu arada prezident Ərdoğanı görən xarici vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.
Ərdoğan gənclər və cütlüklərlə uzun müddət söhbət edib. Onunla şəkil çəkdirmək istəyənləri incitməyib.


Prezident Ərdoğan daha sonra Mərkəzi Parkdakı restoranda əyləşib. Bu arada Burkina Fasolu velosipedçi Maykl Ərdoğanın masasına gəlib.

Həmin anları cib telefonu ilə lentə alan Maykl “Dünyanın ən yaxşı prezidenti” deyərək selfi çəkdirib. Ərdoğan velosipedçi fanatına ingiliscə “Tanış olduğum üçün çox şadam” deyib.

Həmin anlar sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO