Bakıda

Bakıda "BMW" qarət olundu: 8 min manat OĞURLANDI

Hazırda oxunan: Bakıda "BMW" qarət olundu: 8 min manat OĞURLANDI

94297

Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO