"Türk dövlətlərinin Birgə Sərmayə Fondunun yaradılması üzrə işləri yekunlaşdırmaq üzrəyik".
Bizim.Media xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.
"Noyabrda türk dövlətlərinin növbəti sammitində prezidentlər səviyyəsində bu fondun rəsmi açılışı olacaq. Fond daha çox orta və kiçik sahibkarlığın təşviqini nəzərdə tutur.
Eyni zamanda, fond böyük infrastruktur layihələrini maliyyələşdiriləcək.
Əsas prioritetlərindən biri Qarabağ regionu olacaq və bizim iş adamlarımız bu sərmayə fondundan faydalana biləcəklər. Fond növbəti ilin yanvar-fevral aylarında fəaliyyətə başlayacaq. Onunla biz biznes dairələri ilə daha yaxın əlaqədə olacağıq", - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:00 / 16.09.2022
Birgə Sərmayə Fondunun rəsmi açılışı olacaq - Bu tarixdə
Hazırda oxunan: Birgə Sərmayə Fondunun rəsmi açılışı olacaq - Bu tarixdə
Hazırda oxunan: Birgə Sərmayə Fondunun rəsmi açılışı olacaq - Bu tarixdə
94147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.