“İrəli” İctimai Birliyi təcrübə proqramına START verir  

“İrəli” İctimai Birliyi təcrübə proqramına START verir  

Hazırda oxunan: “İrəli” İctimai Birliyi təcrübə proqramına START verir  

94138

“İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.

Birliyin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun Mətbuat, Layihələrlə iş, Təhsil və təlim, Beynəlxalq əlaqələr və Üzvlərlə iş katiblikləri, habelə “İrəli” Media Mərkəzi üzrə qeydiyyatdan keçə bilərlər.

Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq. 

Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar. 

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 22 sentyabr 2022-ci il tarixinədək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən gənclər linkə keçid edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO