Pandemiya zamanı Bakıda iməcilik keçirilməsinə - RƏSMİ CAVAB

Pandemiya zamanı Bakıda iməcilik keçirilməsinə - RƏSMİ CAVAB

Hazırda oxunan: Pandemiya zamanı Bakıda iməcilik keçirilməsinə - RƏSMİ CAVAB

9411

“Bakı şəhərinə yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib. Qar yağmış ərazilərdəki prospekt, küçə və yollar xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib”.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov məlumat verib.

O, bildirib ki, iməclik bütün karanatin qaydalarına uyğun olaraq baş tutub.

“Burada heç bir karantin qaydalarının pozulmasından söhbət gedə bilməz. Sadəcə eyni anda müxtəlif yerlərdə tək-tək  şəhərin təmizlənməsi işləri aparılıb”.

İcra rəsmisi vurğuladı ki, ötən gün ərzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə təmizlik işlərinin həyata keçirilib.

Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bütün kommunal və digər qurumlarının iştirakı ilə daxili iməclik təşkil edilib: 

“İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib.

İməclik günü Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sınmış ağacları budamış, digər lazımı işlər həyata keçiriblər.

Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcək. Görülən işlər ciddi nəzarətdə saxlanılır”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO