Qonaq sevməyən BÜRCLƏR – Qurbanəli bəyin qohumu olan DÖRDLÜK

Qonaq sevməyən BÜRCLƏR – Qurbanəli bəyin qohumu olan DÖRDLÜK

Hazırda oxunan: Qonaq sevməyən BÜRCLƏR – Qurbanəli bəyin qohumu olan DÖRDLÜK

94023

Qonaqpərvərlik hər kəsin sahib olduğu özəllik deyil. Bəzi insanlar var ki, evinə qonaq gəlməsin deyə əlindən gələni etməyə hazırdır. Onlar yaxınlarını evə dəvət etməkdən boyun qaçırır, kimsə qonaq gəlmək istədikdə isə yüz cür yalan uydururlar.

Bizim.Media qonaq sevməyən bürclərin siyahısını təqdim edir:

Buğa

Hər şeyi təkbaşına həll etməklə tanınan buğa bürcünün evləri onlar üçün çox özəldir. Özlərini evdə rahat hiss edirlər. O, dəbdəbəyə olan sevgisini evlərinin hər küncünə əks etdirməyi sevir. Bir sözlə, buğanın evində çoxlu bahalı əşyalarla qarşılaşacaqsınız. Ona görə də sevimli buğamız evinə gələn qonaqlardan narahat olur. Kimsə gəldikdə “qırsa nə olar?” kimi ifadələr işlədir. Belə stress yaşamaqdansa evlərinə qonaq qəbul etməməyə üstünlük verirlər.

Əkizlər

Sosial mühitlərin sevimli insanı Əkizlər, öz evinə gəldikdə o qədər də sevimli olmurlar. Onlar onsuz da evdə az vaxt keçirirlər, bu az vaxtda da kimisə qonaq etmək istəmirlər. Lakin qonaq gəldikə də maksimum yaxşı davrançağa çalışırlar. Amma istənilən halda bu, əlavə yorğunluq deməkdir. Bunların heç biri ilə məşğul olmaq istəmədiyi üçün “evdəsənsə, sizə gəlirəm” təklifinə cavab olaraq, hər zaman “hazırda evdə deyiləm, restoranda görüşək” cavabını verəcək.

Qız

Sərt və seçici qız bürcünün evinə getməzdən əvvəl 5-10 dəfə düşünməlisiniz. Çünki o, təmizlik həvəskarıdır. Qapıdan içəri girən kimi o, sənə yeni paltar verə və geyinməyi xahiş edə bilər. Onlar təmizliyə o qədər önəm verirlər ki, kənardan gələn hər kəsi potensial mikrob daşıyıcısı kimi görürlər. Ona görə də kimliyindən asılı olmayaraq qonaq qəbul etməkdən qaçırlar. 

Dolça

Sosial həyatları rəngarəng olsa da, dolça evində yalnızlığı, narahat edilməməyi sevir. Onların nə dəbdəbə həvəsi, nə də təmizliyə həvəsi var. Onlar yalnız evlərində əylənməyi sevdikləri üçün qonaq istəmirlər. Altıncı hissi yüksək olan dolça bürcü, "əgər imkanınız varsa, sizə gəlirik" demək üçün zəng edildikdə telefonlarını belə götürməyəcəklər. Çünki o, bunu vaxtından əvvəl hiss edib telefonunu səssizə qoyur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO