UEFA-nın qadağasına əməl edilmədi - Kraliyyət marşı səsləndirildi

UEFA-nın qadağasına əməl edilmədi - Kraliyyət marşı səsləndirildi

Hazırda oxunan: UEFA-nın qadağasına əməl edilmədi - Kraliyyət marşı səsləndirildi

93979

"Reyncers" (Şotlandiya) Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Napoli” ilə matçdan əvvəl Böyük Britaniya krallığının marşını səsləndirib.

Bizim.Media xəbər verir ki, bu, kraliça II Elizabetin ölümünə həsr olunub. Turun digər görüşlərindən əvvəl İngiltərə klubları və "Reyncers" öz oyunlarında himnin səsləndirilməsi üçün UEFA-dan icazə istəmişdilər. Lakin qitənin ali futbol qurumu məsələ ilə əlaqədar qadağa qoymuşdu.

Buna baxmayaraq, "Reyncers" UEFA-nın qadağasına zidd çıxıb və 1 dəqiqəlik sükutun ardından himni oxuyub. “Aybroks” stadionundakı azarkeşlər də himni oxuyublar.

Qeyd edək ki, “Reyncers” "Napoli"yə 0:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO