Şəhid Məhəmməd Məmmədov Biləsuvarda DƏFN EDİLDİ - FOTO

Şəhid Məhəmməd Məmmədov Biləsuvarda DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Məhəmməd Məmmədov Biləsuvarda DƏFN EDİLDİ - FOTO

93889

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatların qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, qazilər, kənd sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.

Qeyd edək ki, şəhidimiz 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.

Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO