Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan leytenant Erkin Ədalət oğlu Hüseynov Gəncədə dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1998-ci il təvəllüdlü gənc zabit Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib.
Yaxınlarının verdiyi məlumata görə, ali məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmət zamanı bitirdikdən leytenant rütbəsini alıb və Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətə başlayıb.
Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olan Erkin Hüseynov Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhidin qohumları iştirak ediblər.
Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu
