UEFA

UEFA "Qarabağın" müraciətinə "YOX" DEDİ

Hazırda oxunan: UEFA "Qarabağın" müraciətinə "YOX" DEDİ

93860

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” – “Nant” oyunu bir dəqiqəlik sükutla başlamayacaq.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavab gəlib. Qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib:

“Narahatlığınızı başa düşür, anlayışla qarşılayırıq. Lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik”, -deyə UEFA-nın cavabında bildirilib.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO