Saray qəsəbəsində narkotiki təbliğ edən şəxs SAXLANILDI

Saray qəsəbəsində narkotiki təbliğ edən şəxs SAXLANILDI

Hazırda oxunan: Saray qəsəbəsində narkotiki təbliğ edən şəxs SAXLANILDI

93793

Saray qəsəbəsində narkotik vasitələrin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Cavid Əliyev saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 2 kiloqram olan marixuana və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Cavid Əliyevin ətrafında aparılan araşdırmalar zamanı onun Saray qəsəbəsində, əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib. 
Faktla bağlı Cavid Əliyev barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO