Türkiyəli məşhurlar 50 şəhidimizi andı - FOTO

Türkiyəli məşhurlar 50 şəhidimizi andı - FOTO

Hazırda oxunan: Türkiyəli məşhurlar 50 şəhidimizi andı - FOTO

93736

Türk şou-biznesinin məşhurları Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, ulduzlar sosial şəbəkə hesablarında Azərbaycan bayrağının fotosunu yayımlayaraq, şəhid olan 50 əsgərimizin ailələrinə başsağlığı veriblər. 

Müğənni Özcan Deniz: 

“Can Azərbaycan, başın sağ olsun. Acını paylaşırıq və şəhidlərimizə rəhmət, Azərbaycan xalqına səbr diləyirik”. 

Müğənni Demet Akalın: 

“Azərbaycan. 50 şəhid. Başınız sağ olsun”. 

Müğənni Gülben Ergen:

“Başın sağ olsun, qardaş ölkəm”.

Aktyor Mert Öcal:

“Başınız sağ olsun, Azərbaycan”.

Aktyor Şahan Gökbakar isə üçrəngli bayrağımızın fotosunu paylaşaraq, ürək işarəsi qoyun. 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO