Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO

Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO

Hazırda oxunan: Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO

93720

Xəbər verdiyimiz kimi sentyabrın 13-də II Qarabağ müharibəsində həlak olan erməni əsgərlərin valideynləri Ermənistan parlament binası qarşısında etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “sputnik armenia” məlumat yayıb.

Etirazlara bu gün də  davam edən aksiya iştirakçıları parlament binası qarşısında su və ərzaq ehtiyatı ilə dolu torbalar yığıblar. Bununla da etirazçılar  aksiyaya hələ uzun müddət davam edəcəklərində israrlı olduqlarını nümayiş etdiriblər.

Məlumata görə valideynlər hökumət rəsmilərindən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təcili nəzarətə götürməyi və baş nazir Paşinyanın qəsdən qanun pozuntusuna yol verdiyi üçün ittiham edilməsini tələb edirlər.
Aksiya iştirakçıları dövlət rəhbərliyinin baş verən vəziyyəti stabilləşdirməyəcəyi təqdirdə istefa verməsinə dair şüarlar səsləndiriblər.

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO