Azərbaycanda 10 il əvvəl qətl törədən kriminal aləmin üzvünə 14 il cəza verildi - HÖKM 

Azərbaycanda 10 il əvvəl qətl törədən kriminal aləmin üzvünə 14 il cəza verildi - HÖKM 

Hazırda oxunan: Azərbaycanda 10 il əvvəl qətl törədən kriminal aləmin üzvünə 14 il cəza verildi - HÖKM 

93560

Azərbaycanda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən Zaur Şirinovun məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Z.Şirinov 14 il müddətinə azadlıqdan mərhum edilib. İttihama görə, hadisə 2012-ci il oktyabrın 10-da paytaxtın Yasamal rayonunda baş verib. 

Z.Şirinov tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə qəbul edib. 
Daha sonra Z.Şirinov C.Axundovu narkotik sərxoşluğu vəziyyətində görüb, aralarında əvvəllər şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni bəhanə edib, onun qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurub. C.Axundov aldığı çoxsaylı xəsarətlər nəticəsində ölüb. 

Daha sonra törətdiyi cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında C.Axundovun meyitini onun mülkiyyətində olan “Mercedes Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyub.  

Sonra Yasamal rayonu, “Qurd qapısı”nın yaxınlığında yerləşən qəbristanlığa aparıb. Avtomobildə cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman qabını yerləşdirməklə oradan uzaqlaşıb. 
İstintaq orqanı tərəfindən Z.Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham elan olunub. Z.Şirinovun kriminal aləmin üzvü olduğu deyilir. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO