Eyni prinsiplə işləyən taksi şirkətləri niyə ÇOXALIR? – Bir yandan da YANGO çıxdı - DETALLAR

Eyni prinsiplə işləyən taksi şirkətləri niyə ÇOXALIR? – Bir yandan da YANGO çıxdı - DETALLAR

Hazırda oxunan: Eyni prinsiplə işləyən taksi şirkətləri niyə ÇOXALIR? – Bir yandan da YANGO çıxdı - DETALLAR

93409

Son vaxtlar Azərbaycanda taksi fəaliyyəti genişlənib. Bu dəfə bazara yeni beynəlxalq onlayn taksi xidməti olan “Yango” fəaliyyətə başlayıb. Tətbiq Azərbaycanla yanaşı, Finlandiya, Norveç, İsrail və bir sıra Afrika ölkələrində də istifadəçilər üçün əlçatandır.

Bakı və ətraf ərazilərdə xidmət göstərən Yango Bolt və Uber prinsipi ilə işləyir. Bu xidmətdə də “Ekonom” və ya “Komfort” tarifləri təklif edilir. 

Sözügedən taksi şirkətinin də xidməti və tarifləri digərləri ilə eynidir. 

Maraqlıdır, bənzər prinsipləri seçən Yango taksi şirkətinin sıxlıq içində olan yollarımıza daxil olmasına gərək varmı? Bu taksi xidməti hansı yenilikləri özündə ehtiva edəcək? 

Yol-nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında taksi xidmətinin çoxalmasını sərnişindaşımadakı xidmətin aşağı səviyyədə olması ilə əlaqələndirib:

“İctimai nəqliyyatda vəziyyət bərbaddır və vətəndaşlarımızın şikayətləri həddindən artıq çoxdur. Əlbəttə ki, avtobuslar əlçatan olmursa, interval problemi yaranırsa və sərnişinlər saatlarla dayanacaqda qalırsa, taksi xidmətinə tələb artır.
Azərbaycan bazarına yeni taksi şirkətlərinin daxil olması bu səbəbdən normal proses hesab oluna bilər. Sadəcə taksi operatorlarının fəaliyyəti müəyyən məsul qurumlar tərəfindən tənzimlənməlidir. Elə tənzimlənməlidir ki, vətəndaşlarımız zərər çəkməsin.

Onların nə əmək hüquqları, nə istehakçı hüquqları, nə də bir vətəndaş kimi hüquqları pozulsun.

Təssüf ki, bu gün taksi xidmətində tənzimləmələr doğru həyata keçirilmir. Həm sürücü, həm də sərnişinlərimiz əziyyət çəkir. Problem isə aradan qaldırılmır. Yeni şirkətlərlə də bənzər problemlərin yaanmaması, hər şeyin dövlətin qoyduğu qaydalar çərçivəsində həyata keçirilməsi daha məqsədəuyğun olar”.

Ekspertin sözlərinə görə taksi xidmətinin istifadə olunduğu minik avtomobillərinin sayının artması o qədər də yaxşı hal deyil:

“Bu durum tıxac və sıxlıqla yanaşı atmosferə də mənfi təsir göstərir. Ümumilikdə isə iqtisadiyyata zərərlidir. Təklifimiz odur ki, taksi xidməti üçün istismarda olan minik avtomobillərə mütləq sarı taksi fənəri qoyulsun.
Bundan əlavə sürücülərin yaş həddi 22 yaşdan aşağı olmamalı və vətəndaşlarımızın ən azı 3 il sürücülük təcrübəsi olmalıdır. Sadə qaydalar tətbiq etməklə bu sferada müəyyən qayda-qanun yaratmaq olar”, deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO