Əmək Məcəlləsində DƏYİŞİKLİK - Bu sahədə yenilik olacaq

Əmək Məcəlləsində DƏYİŞİKLİK - Bu sahədə yenilik olacaq

Hazırda oxunan: Əmək Məcəlləsində DƏYİŞİKLİK - Bu sahədə yenilik olacaq

93408

İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi ilə bağlı Əmək Məcəlləsində dəyişiklik edilir.

Bizim.Media Parlamentə istinadən xəbər verir ki, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi aktual məsəllərdən biridir.

Bu günlərdə dövlət başçısının qanunvericilik təşəbbüsü hüququ ilə Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu məsələ öz əksini tapıb.

Ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır.
Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO