Almas İldırım yad edildi - FOTOLAR

Almas İldırım yad edildi - FOTOLAR

Hazırda oxunan: Almas İldırım yad edildi - FOTOLAR

93357

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Əntiq Əşyalar Muzeyində Almas İldırımın anadan olmasının 115, vəfatının 70-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə məlumat verib.

O, qeyd edib ki, tədbir Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

“Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Elnur Allahverdiyev, Tamam Cəfərova, Almas İldırımın Bakıdakı qohumları ilə onun keçdiyi çətin mühacirlik həyatından, yaradıcılığından, milli ruhunun qorunması, zənginləşdirilməsi yönündəki xidmətlərindən danışdıq”.

Şahin Seyidzadə həmçinin Faiq Ələkbərli və deputat Qənirə Paşayevanın müəllifi olduğu “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının təqdimatının keçirildiyini də vurğulayıb. Tədbir Almas İldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO