Putin Makronla telefonla danışdı – Ukraynadakı vəziyyət müzakirə edildi

Putin Makronla telefonla danışdı – Ukraynadakı vəziyyət müzakirə edildi

Hazırda oxunan: Putin Makronla telefonla danışdı – Ukraynadakı vəziyyət müzakirə edildi

93225

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kremlin saytında yer alıb.

Mənbə yazır ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə edərək Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkiblər.

Putin diqqəti AES-in obyektlərinə, o cümlədən radioaktiv tullantıların saxlandığı məkana Ukrayna Silahlı Qüvvələrinin mütəmadi hücumlarına cəlb edib.

Kreml Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığından sonra açıqlama verib.

Qeyd edib ki, Putin və Makron Ukraynada təhlükəsizlik, o cümlədən Zaporojye  AES-dəki vəziyyətlə bağlı “ətraflı və səmimi” fikir mübadiləsi aparıblar.

Putin Makronla söhbətində bildirib ki, Ukrayna taxılı ilk növbədə inkişaf etməkdə olan ölkələrə göndərilməlidir.

Tərəflər MAQATE-nin iştirakı ilə AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər.

Putin Makrona Kiyevin döyüşlərdə Qərb silahlarından istifadə etdiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO