“Rusiya bu ölkələrə qaz və ya neft satmayacaq” – Nazirdən AÇIQLAMA

“Rusiya bu ölkələrə qaz və ya neft satmayacaq” – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: “Rusiya bu ölkələrə qaz və ya neft satmayacaq” – Nazirdən AÇIQLAMA

93220

“Rusiya onların qiymətinə məhdudiyyətlər qoyan ölkələrə nə qaz, nə də neft satacaq. Bu, Qərb ölkələrinə bir cavabdır”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

"Biz qazı dəyərindən aşağı satmayacağıq. Çünki bu, mümkün deyil. Qərb ölkələrinin bizə qarşı belə münasibətinə qətiyyən icazə verməyəcəyik" deyə o, qeyd edib.

Onun fikrincə, Rusiyanın neft və qazının qiymətinə məhdudiyyətlərin tətbiqi Qərb ölkələrinin vəziyyətini daha da pisləşdirəcək:

“Onlar artıq nə etdiklərinin fərqində deyillər. Bu, özləri üçün pisdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO