Ərdoğan Səmərqənddə Putin ilə görüşəcək

Ərdoğan Səmərqənddə Putin ilə görüşəcək

Hazırda oxunan: Ərdoğan Səmərqənddə Putin ilə görüşəcək

93208

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirakı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.

Daha sonra Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-a yollanacaq.

Sentyabrın 20-də Ərdoğan sessiyada çıxış edəcək, Ukraynadakı müharibə, bu ölkədən buğda ixracı, terrorla mübarizə, Yunanıstanla gərginlik kimi mövzulara toxunacaq.

O, həmçinin BMT Baş Assambleyasında iştirak çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO