İran nüvə proqramı ilə bağlı danışıqlardan kənara çıxır – Avropa üçlüyü

İran nüvə proqramı ilə bağlı danışıqlardan kənara çıxır – Avropa üçlüyü

Hazırda oxunan: İran nüvə proqramı ilə bağlı danışıqlardan kənara çıxır – Avropa üçlüyü

93191

“Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməlidir”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikri Avropa üçlüyü (Fransa, Almaniya və Böyük Britaniya) ölkələri bildiriblər.

Müvafiq bəyanatı şənbə günü üç dövlətin Xarici İşlər nazirlikləri yayıb.

Bəyanatda deyilir:

"Təəssüf ki, İran həlledici diplomatik fürsətdən etmədi, əvəzində isə nüvə proqramını davam etdirdi, sülhməramlı danışıqlardan çox-çox kənara çıxdı".

Üç ölkənin Xarici İşlər nazirlikləri xatırladırlar ki, iyun ayında MAQATE-nin Rəhbərlər Şurası Tehranı agentliyin suallarına təcili cavab verməyə çağıran qətnamə qəbul edib.

"İran MAQATE ilə tam və gecikmədən əməkdaşlıq etməli, bütün nüvə materiallarının İran ərazisində yerləşməsi ilə bağlı MAQATE-nin suallarına texniki cəhətdən etibarlı cavablar verməlidir", - diplomatlar vurğulayırlar.

Avropa üçlüyü hesab edir ki, İranın nüvə proqramı ilə bağlı mövqeyi sazişin bərpasını təhlükə altına qoyur. İran tərəfi isə Fransa, Böyük Britaniya və Almaniyanın bəyanatını qeyri-konstruktiv adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO