Quba qəzasında ölən şəxs iş adamıdır – YENİLƏNİB - ÖZƏL - FOTO

Quba qəzasında ölən şəxs iş adamıdır – YENİLƏNİB - ÖZƏL - FOTO

Hazırda oxunan: Quba qəzasında ölən şəxs iş adamıdır – YENİLƏNİB - ÖZƏL - FOTO

93172

Qubada gecə saatlarında "Niva"nın dərəyə  aşması nəticəsində həyatını itirən 34 yaşlı Valid Beydullayev Quba-Xınalıq yolunun kənarında yerləşən istirahət mərkəzlərdən birini idarə edib.

Bizim.Media xəbər verir ki, mərhumun və yanındakı sərnişinin meyitlərini avtomaşından çıxarmaq mümkün olsa da "Niva"nı hələ hadisə yerindən çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə texnika cəlb ediləcək.

Dəhşətli qəza Quba-Xınalıq yolunun 37-ci km-də qeydə alınıb.

08:43

Ötən gecə saat 2-də Qubanın Qrız Dəhnə kəndində dəhşətli yol qəzası qeydə alınıb.

Bizim Media xəbər verir ki, belə ki, Quba-Xınalıq yolunun Qrız Dəhnə kəndindən keçən hissəsində Quba şəhəri istiqamətində hərəkətdə olan  "Niva" markalı avtomaşın sərt döngədə dərəyə aşıb.

Nəticədə "Niva"nın sürücüsü, 34 yaşlı, Qubanın Küsnət  Qazma kənd sakini Valid Yadulla oğlu Beydullayev və sərnişini, Qubanın Qəçreş kənd sakini, 52 yaşlı İlham Məmmədağa oğlu Əhmədov hadisə yerindəcə ölüblər.

Mərhumların meyitləri hadisə yerinə gələn polis əməkdaşları tərəfindən dərədən çıxarılaraq tibbi ekspertizaya göndərilib.

İlkin olaraq qəzanın sərt döngədə sürücünün idarəetməni itirməsi və ya sükan arxasında  yatması   səbəbindən baş verdiyi ehtimal edilir.

Amma qəzanın tam başvermə səbəbini  təyin ediləcək avtotexniki ekspertizanın rəyi ayırd edəcək.

Quba rayon polis şöbəsində qəza ilə bağlı cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO