Azərbaycan millisi Avropa oyunlarına VƏSİQƏ QAZANDI

Azərbaycan millisi Avropa oyunlarına VƏSİQƏ QAZANDI

Hazırda oxunan: Azərbaycan millisi Avropa oyunlarına VƏSİQƏ QAZANDI

93164

Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda mübarizə aparan çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində təşkil olunan matçda Polşa yığması ilə qarşılaşan kollektiv 6:2 hesablı qələbə qazanıb. Qolları Ramil Əliyev (2), Orxan Məmmədov, Hüseyn Axundov, Sabir Allahquliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, milli sentyabrın11-də 5-ci yer uğrunda oyunda yenidən Ukrayna yığması ilə qarşılaşacaq.

Bu oyunun nəticədən asılı olmayaraq, yığma gələn il Polşanın Krakov şəhərində təşkil ediləcək çimərlik futbolu üzrə üçüncü Avropa oyunlarına vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO