Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi - FOTO

Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi - FOTO

Hazırda oxunan: Ağdamdakı Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri dəyişdi - FOTO

92907

Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-mayor Abdullah Katırcını qəbul edib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb.

Müdafiə naziri general-mayor A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO