Yeni

Yeni "iPhone"un nə özəlliyi var, yoxsa bu kommersiya işidir? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Yeni "iPhone"un nə özəlliyi var, yoxsa bu kommersiya işidir? – Ekspertdən AÇIQLAMA

92788

“Camaat iPhone 13-ün kreditin ödəməmiş Apple indi də 14-ü çıxartdı”.

Amerikanın “Apple” korporasiyası dünən 4 yeni smartfon təqdim edib. Korporasiyanın yeni məhsullarına iPhone 14 və iPhone 14 Pro və böyüdülmüş modellər - müvafiq olaraq 6,1 və 6,7 düym diaqonalları olan iPhone 14 Plus və iPhone 14 Pro Max daxildir.
Bir çoxları hələ də “iPhone 13” -ü ala bilmədiyi təqdirdə, digər “iPhone” sevərlər isə yeni modelin təqdim olunmasını sevinclə qarşılayıb, satışa çıxmasını səbrsizliklə gözləyirlər. Kimi qonşudan geri qalmamaq, kimi də öz nişanlısına, yoldaşına özünü sevdirmək və ya dəyərli hiss etdirmək üçün sözügedən ən son model smartfonları borc, xərc bahasına olsa belə almağa çalışır. 

Bəs yeni model iPhone-nu digərlərindən fərqləndirən özəlliklər nələrdir?  

Bizim.Media xəbər verir ki, texno-bloger Fərid Pərdəşünas bu suallara aydınlıq gətirib. Onun sözlərinə görə, təqdim olunan 2 yeni smartfon iPhone 13-lərlə eynilik təşkil edir:

“Qəribə şeylər baş verdi. Apple 4 ədəd smartfon təqdim elədi:

- iPhone 14

- iPhone 14 Plus

- iPhone 14 Pro

- iPhone 14 Pro Max

İlk 2 cihaz ötən il təqdim olunan iPhone 13-lər ilə eynidir. Eyni ikili kamera dizaynı. Hətta köhnə prosessoru istifadə edirlər. 

Yeni təqdim olunan iPhone 14 Pro və iPhone 14 Pro Max yeni A16 (4nm) prosessoru və dizayn əldə ediblər. iPhone 14 Pro seriyasında qarşıda olan çıxıntı dəyişib və "Dynamic Island" funksiyası əldə edib. (Bir növ əməliyyatlara görə vizual dəyişir)”.

Yenilik isə : 

“Bu seriya ilə gələn 3 önəmli yenilik oldu:

1) Acil vəziyyətlərdə peykə qoşulmaq ilə xilasetmə çağırma.

2) Avtomobil qəzasının avtomatik təyini ilə smartfonun kömək çağırması.

3) Arxa əsas kameranın 48 meqapikselə qaldırılması (14 Pro və Pro Max)

4) Yeni prosessorlar A16 (14 Pro və Pro Max)

Ümumi olaraq təqdimatda “vau” deyəcəyimiz tək şey peykə bağlanmaq idi. Onu da dünən Huawei təqdim etmişdi”, - deyə F.Pərdəşünas qeyd edib.

Qeyd edək ki, "iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Öncədən sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO