İcra Başçısı rayon elektrik şəbəkəsinin rəisini pərt etdi – “Mən bilirəm, siz bilmirsiniz?”

İcra Başçısı rayon elektrik şəbəkəsinin rəisini pərt etdi – “Mən bilirəm, siz bilmirsiniz?”

Hazırda oxunan: İcra Başçısı rayon elektrik şəbəkəsinin rəisini pərt etdi – “Mən bilirəm, siz bilmirsiniz?”

92785

Xaçmazın Palıdlı kəndində rayon rəhbərliyinin keçirdiyi qəbulda əksər şikayətlər elektrik enerjisinin verilməsində tez-tez yaranan fasilələrə bağlı olub. Rayon sakinləri bildiriliblər ki, son 5-6 ayda enerji ötürülmısindəki təminatsızlıq ciddi qəza-yanğın hadisələrinə də yol açıb.

Xaçmaz rayon İcra Başçısı Elnur Rzayev “Azərişıq” ASC-nin Xaçmaz elektrik şəbəkəsinin rəisi Ruhin Məmmədovdan bunun səbəbini soruşduqda isə arzuolunmaz mənzərə yaşanıb. Şəbəkə rəisi rayona yeni təyin olunduğu üçün vəziyətdən xəbərsiz olduğunu bildirib.
Başçı isə ona "mən bilirəm, siz bilmirsiniz? Qəbula gələndə bütün təşkilat rəhbərləri ərazi barədə məlumatlı olmalıdırlar" - deyə iradını çatdırıb.

Problemin davamı kimi Dədəli kənd icra nümayəndəsi Rasim Qasımov ümumilikdə nümayəndəlik üzrə 7 yaşayış məntəqəsində 9 transformatorun köhnə və qəzalı olduğunu deyib.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, şəbəkənin bu nasazlığı aradan qaldırmadığına diqqət çəkib.

Nağıoba kənd sakini, Vətən Müharibəsi qazisi Famil Novruzov da eyni fikri səsləndirərək kənddəki transformatorun köhnə olduğunu qeyd edib. Əlavə edib ki, bu səbəbdən keyfiyyətli, dayanıqlı işıq üzü görmürlər.

Şikayətləri dinləyən Elnur Rzayev məlumat verib ki, hazırda “Azərişıq” ASC Xaçmaz rayonunda elektrik xəttlərinin yenilənməsi istiqamətində işlərə başlayıb. Rayonda 4 podratçı təşkilat işləyir və tədricən bütün xətlər yenilənəcək. İcra başçısı transformatorla bağlı məsələnin müsbət həll olunması üçün rayon elektrik şəbəkəsinin rəisinə 10 gün vaxt verib.
Səyyar qəbulda rayonda görüləcək işlərlə bağlı sakinlərə ətraflı müzakirələr aparılıb və səslənən problemlərin həlli üçün qərarlar qəbul olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO