Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə əlaqədar dəyişiklər baş verib. Hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var.
Bizim.Media-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev tədris ilinin başlanması ilə bağlı keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
“Yoluxma azalsa, tam əyani formaya keçilə bilər” - Emin Əmrullayev
Nazir bildirib ki, pedaqoqların 128 mini artıq qeydiyyatdan keçib.
“Həftəlik dərslərin sayı 6 milyon 200 min olub. Bu qədər onlayn dərs keçmək 1 il bundan öncə təhsil sisteminə aid deyil. 37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub”.
Bizim.Media