Gəncə şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir - FOTO

Gəncə şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir - FOTO

Hazırda oxunan: Gəncə şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir - FOTO

92625

“Stadionun qəzalı vəziyyəti ilə əlaqədar “Kəpəz” futbol klunun ev oyunlarını doğma meydanda keçirə bilməməsi azarkeşləri məyus edib və mən vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəyəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Gəncə şəhər stadionunda olan Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov deyib.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri, millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşən şəhər rəhbəri stadionda aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanıb.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri arenada görülən işlər barədə məlumat verib. Bildirib ki, stadionun ərazisində Gəncə Futbol Akademiyası üçün bina tikilir, təbii örtükdən ibarət iki böyük ölçülü meydan salınır.

Futbol Akademiyasının Gəncədə uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edən İlqar Nadiri, tikinti işlərinin bu ilin sonuna kimi başa çatdırılacağını deyib.

Meydanların qarşıdakı 2 ay ərzində istifadəyə veriləcəyi vurğulanıb. 

İcra başçısı əsas komandaya yenicə təyin olunan baş məşqçi Tərlan Əhmədovu təbrik edərək, ona uğurlar arzulayıb. N.Bayramov Gəncədə futbolun çox sevildiyini deyərək, “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib. 
Təcrübəli mütəxəssis isə komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.

Niyazi Bayramov stadionda U-15 Liqasının II turun oyunları çərçivəsində keçirilən “Kəpəz” - "Şimal Elit" görüşünü izləyib. Qarşılaşmadan sonra hər iki komandanın məşçqiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO