Yüksək balla Pedaqoji Universiteti seçən ƏKİZ BACILAR - FOTO

Yüksək balla Pedaqoji Universiteti seçən ƏKİZ BACILAR - FOTO

Hazırda oxunan: Yüksək balla Pedaqoji Universiteti seçən ƏKİZ BACILAR - FOTO

92577

Cari ilin tələbə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Zümrüd Cəbrayıl qızı Tağızadə 651.9 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. O, 2022-ci ildə ADPU-ya ən yüksək balla qəbul olunan tələbədir.

Bizim.Media azertag.az-a istinadən xəbər verir ki, bu barədə universitetin məlumatında bildirilir.

Zümrüdün əkiz bacısı Yaqut Tağızadə də qəbul imtahanlarında 586.3 bal toplayaraq Pedaqoji Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub.

Zümrüd və Yaqut bacıları Bakı şəhəri V.Mirzəliyev adına 281 saylı məktəbin məzunlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO