Anasını qətlə yetirən 15 yaşlı məktəblini hansı cəza gözləyir? – MƏHKƏMƏ BAŞLADI 

Anasını qətlə yetirən 15 yaşlı məktəblini hansı cəza gözləyir? – MƏHKƏMƏ BAŞLADI 

Hazırda oxunan: Anasını qətlə yetirən 15 yaşlı məktəblini hansı cəza gözləyir? – MƏHKƏMƏ BAŞLADI 

92572

Bakının Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  

Prosesdə mərhum Ülviyyə İsmayılovanın hüquqi varisinin nümayəndəsi vəsatət verib. Nümayəndə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.  

Nümayəndə deyib ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü  (xüsusi amansızlıqla qəsdən adam öldürmə) tövsif olunmalıdır.  

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.  

Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin vəkilinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatəti isə təmin etməyib.  

Məhkəmə baxışı sentyabrın 20-ə təyin olunub. 

İttihama görə, bu il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb. 
İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham olunan şəxsin əməli məhkəmədə sübuta yetrilərsə, onu 14 ildən 20 ilədək və yaxud ömürlük cəza gözləyir.  

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunan şəxsin əməli sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir.  

Xatırladaq ki, qanunverciliyə görə qətl törədən yetkinlik yaşına çatmayan şəxslər isə 10 ildən yuxarı cəza verilmir.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO