“Bağçalarda qidalanma standartları çox köhnədir” - NAZİR 

“Bağçalarda qidalanma standartları çox köhnədir” - NAZİR 

Hazırda oxunan: “Bağçalarda qidalanma standartları çox köhnədir” - NAZİR 

92564

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın ayının 1-dən bəzi bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı tətbiq olunacaq pilot layihənin mahiyyətini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir bildirib ki, hazırda bağçalar ərzaqla təmin olunur.  

"Bu gün məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı icra olunan standartlar çox köhnədir. Orada göstərilən bəzi qidalar hazırda ümumiyyətlə yoxdur.

Məsələn, ikinci növ buğda unu, kartof nişastası. Bu, ölçməyə problem yaradır.  

Hesab edirəm ki, uşaqlara verilən qidaların çəkisi deyil, kalorisi əsas olmalıdır. Uşaqlara müəyyən menyu əsasında tərtib edilən, adambaşı saya görə hazır kalorili yeməklərin verilməsi daha yaxşıdır. Bu, hazırda konseptual məsələdir".  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO