Nazir məktəbli formaları ilə bağlı problemlərdən DANIŞDI

Nazir məktəbli formaları ilə bağlı problemlərdən DANIŞDI

Hazırda oxunan: Nazir məktəbli formaları ilə bağlı problemlərdən DANIŞDI

92539

Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil:

“Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik.
Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO