Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Hazırda oxunan: Bu müəllimlər işdən çıxarılacaq

92532

“Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir”. 

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, yeni tədris ili başlayana qədər sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır:

"Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin". 

O, həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə aydınlıq gətirib:

"Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyacan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. 

Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyacanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO