İdmançı və qadınların olduğu 20 nəfərlik narkotacir şəbəkənin MƏHKƏMƏSİ BAŞLAYIR 

İdmançı və qadınların olduğu 20 nəfərlik narkotacir şəbəkənin MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: İdmançı və qadınların olduğu 20 nəfərlik narkotacir şəbəkənin MƏHKƏMƏSİ BAŞLAYIR 

92494

Azərbaycanda narkotik alverində ittiham olunan Adəm Nağıyev, Kamil Məmmədov, Orman Səfərov, Rəhim İbrahimov, Naivəb Abdullayev, Cavid İsmayılov, Məcid Hüseynov, Əli Ağayev, Ramiz Nağıyev, Orxan Fərəcli, Fərqanə Nağıyeva, Toğrul Əbdüləzimov, Orxan Cəfərov, Əminə Yusifova, Əliqulu Bayramov, Yavər Həsənova, Elman Əliyev, Abbas Məhərrəmov, Rüzgar Qəribov və Mirsəid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş prosesdə təqsirləndirilən Orxan Səfərov ifadə verib.

O, narkotik vasitə satışı ilə məşğul olmadığını deyib. Bildirib ki, narkotik vasitəni şəxsi təlabatı üçün əldə edib. O deyib ki, həbs olunan zaman üzərində 4 qram narkotik vasitə olub:

"Ancaq heroin istifadə etmişəm. Bu da 100 qram olub. Mənə təzyiq olunmayıb. Evimdə də axtarış aparılıb".

Orxan Səfərov deyib ki, 2008-ci ildən idmanla məşğul olub. Həmin il dünya çempionu olub, sonradan Daxili İşlər Nazirliyinin "Dinamo" idman mərkəzində məşğələlərdə iştirak edib. 

Təqsirləndirilən şəxs deyib ki, Əminə Yusifovanı tanısa da, onun narkotik alverçisi kimi tanımayıb. O, təqsirləndirilən şəxslərin bəzilərini tanıdığını desə də, bir neçəsini tanımayıb. O bildirib ki, dəstə üzvləri ilə İrandan narkotik vasitə gətirmək barədə yazılanlar həqiqəti əks etdirmir:
Mən burada olmağıma görə çox peşmanam. 14 aydır ki, ailəmdən kənar yerdəyəm. Bunun peşmançılığını çəkirəm".

Qeyd edək ki, dəstə üzvləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. 

İdarə əməkdaşları tərəfindən "Instagram" və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli  monitorinqi aparılıb.

Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "Instagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur.

Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul  ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır.
Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə  bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. 

Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. 

Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.
Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər həbs edilib

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO